“XOŞ ƏHVAL-RUHİYYƏ İLƏ QAYIDASINIZ” – Spiker – Növbədənkənar sessiya bitdi

Parlamentin növbədənkənar sessiyası başa çatıb.

Etikxeber.az-ın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında 28 məsələ müzakirə olunub.

Spiker bildirib ki, ilk dəfə növbədənkənar sessiya iyulda da keçirilib: “Effektiv işlədik. Bir çox qanun layihəsi payız sessiyasına qalmadı”.

 O. Əsədov deputatlara yaxşı istirahət arzulayıb.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 5 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si , iyulun 9-da və 12-də keçirilib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İstintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur?” – ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Read Next

Aydın Qurbanovun vəfatı ilə bağlı ictimaiyyət vaxtında məlumatlandırılıb – BAŞ PROKURORLUĞUN İDDİASI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir