Xoşbəxt o sənətkardır ki, həm xalq sevir, həm də dövlət – XALQ ARTİSTİ – FOTOLAR

Səkinə İsmayılova:  Prezident və birinci xanımla görüş bizi yeni yaradıcılığa sövq edir

Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.

Etikxeber.az xəbər verir ki, bunu  tanınmış xanəndə, professor, “Şöhrət” ordenli Xalq artisti  Səkinə İsmayılova Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşə münasibətini bildirərkən deyib.

sakinaaaaa-111

sakinaaaaaaaa-12

zeynabbbbb-2

Dövlət başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşünün, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin çox önəmli olduğunu bildirən Xalq artisti qeyd edib ki, ölkə Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir.

O, qeyd edib ki, hər hansı bir sahədə problem olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir:

“Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik”.

Etikxeber.az

Read Previous

Prezidentin təşəbbüsü ilə Şabranda yaradıcılıq ittifaqları üçün şəhərcik salınır

Read Next

“Bu vətəni, bu milləti heç kim parçalaya bilməz!” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir