“Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb…” – NƏSİMİ PAŞAYEV

“Bu gün saat 12:15 radələrində Bakı metrosunun “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb”.

Etikxeber.az xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, qeyd edib ki, həmin vaxt stansiyada qatar olmayıb.

“Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb.

İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”-deyə, N. Paşayev sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

Gələn ilin əvvəllərindən Gürcüstanla danışıqları davam etdirəcəyik – NAZİR MÜAVİNİ

Read Next

Neftçi neftçini bıçaqla qətlə yetirdi – NEFT DAŞLARINDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir