Xose Bernardo bıçaqlandı və EVƏ BURAXILDI… – YENİLƏNİB

 Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Etikxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan bı  uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Xose Bernardonun vəziyyəti orta ağırdır.

Bu barədə isə  xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.

***

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb.

R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.

Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Etikxeber.az

Read Previous

Yohannis yoxsa Dançila? – “EXİT-POLL”UN NƏTİCƏLƏRİ MƏLUM OLDU…

Read Next

Sabah parlamentdə büdcə müzakirələri başlayır – EYYUBOV DA İŞTİRAK EDƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir