Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2017-ci il dekabrın 14-də böyük Azərbaycan ziyalısı, unudulmaz alimimiz Xudu Məmmədovun 90 yaş onsuz gələcək, gəlir…
Bir necə dəqiqə əvvəl dəyərli sənətkarımız, tarzən Firidun Ələkbərovla telefonla danışırdım və onu bir ədəbi-musiqili məclisə dəvət edirdim ki, gəlsin, xatirələrini bölüşsün.
Əziz Firidun müəllimin 95 yaşı var və arzulayıram ki, hələi llərcə də könül rahatlığı ilə yaşasın.
Ömür vəfa etsəydi, elə Xudu müəllimlə də danışa bilərdim bu axşam…
Amma nə acı ki, artıq 29 ildir onsuzuq.
Yaşıdları, indi ondan qocaman olanlar sağdırsa, o da yaşaya bilərdi düşünürəm və dərhal da elə özüm-əzümə etiraz edirəm.
O ürək ki ondaydı, o qasırğalar ki, Vətənin başı üzərindən keçdi, o müsibətlər ki, Xudu müəllimin sevimli Qarabağına urcah oldu, dözə bilərdimi bunlara?!
Söyləyirdi ki, uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil.
Deyirdi ki, siz onlara Vətəni tanıdın, özləri sevəcəklər.
Dekabrın 14-ü Xudu müəllimin ad günüdür, doğum günüdür, yuvarlaq ildönümüdür.
Sevənlər Xudu müəllimi onsuz da sevir.
Veriliş də hazırladım ki, sevənlər bir hada 1 saat boyunca onunla olsunlar, ürəklərindəki Xudu məhəbbəti bir az da artsın, Xudu Məmmədovu tanımayanlar, ya az tanıyanlarsa bir az da yaxından tanısınlar.
Tanıdıqca, əlbəttə ki, mütləq könüllərində ona dərin sevgi yaranacaq!
Böyük dəyərləri tanıdıqca sevirik!
Rafael HÜSEYNOV,
Millət vəkili, akademik
Etikxeber.az