Xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırılacaq, rabitə xidmətləri məhdudlaşdırılacaq

Azərbaycanda dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM)  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında “Qaz təchizatı haqqında”, “Elektronika haqqında”, “Su təchizatı haqqında”, Telekommunikasiya haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.

Etikxeber.az

Read Previous

Söhbət kiminsə əlinə ələm götürüb pul yığmağa məcbur edilməsindən gedir ki… – KOMİTƏ SƏDRİ

Read Next

AŞPA-nın bir neçə komitə iclası Azərbaycanda keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir