Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.
Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında 3 dövlət orqanı yaradılır.
Yaradılan digər dövlət orqanı Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətidir.
Dövlət başçısının imzaladığı sərəncamla Bəylər Həsən oğlu Eyyubov Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bununla yanaşı, Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Etikxeber.az





