Xüsusi Təyinatlı, Kiçik gizir, 28 yaşı tamam olan Şəhid Elşən Mehbalıyevin-CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ…

Bu gün Bərdə rayonunun Otuzikilər kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xüsusi Təyinatlı (XTQ) Elşən Təvəkgül oğlu Mehbalıyevin doğum günüdür.

Elşən Mehbalıyevin bu gün 28 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gələn Elşən Mehbalıyev ailənin iki oğlan övladından biri olub.

O, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də nişanlı olub.

Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçidir.

O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və ordenlə təltif olunub.

Cənnətdəki ikinci doğum günü, 28 yaşının tamam olması ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan verilib.

Mərasimdə bir daha Şəhid Elşən Mehbalıyev və cəmi Şəhidlərin ruhlarına dualar edilib.

Şəhidin məzarını ziyarətdə və doğum günü ilə bağlı keçirilən mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Rəfiqə Hüseyn-zadə “Şöhrət” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Daha 309 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir