Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kamran Qurbanəli oğlu Kazımov…
Əslən Ucarlı, özü isə Rusiya doğumlu…
İgid, Qəhrəman Azərbaycan övladı övladı…
Vətəni, Qarabağı uğrunda canını fəda edən Vətən sevdalısı…
Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…
Kamran Kazımov əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib…
Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib…
Ailənin üç övladından biri olub…
2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüblər…
Bakı şəhərində yaşayıblar…
1997-2008-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib…
Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb…
Fəal şagird kimi orta məktəbdə keçirilən tədbirlərdə, eləcə də ictimai işlərdə hər zaman fərqlənib…
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb…
Həqiqi hərbi xidmətini Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib…
Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub…
Ona Leytenant hərbi rütbəsi verilib…
Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib…
2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub…
İkinci Vətən Müharibəsində də Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb…
Şərəfli döyüş yolu 9 gün çəkib və oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…
Kamran həm də ailəli olub…
2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul Vətənə, ailəsinə əmanət qalıb…
Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib…
Nə özü övladının, balasının üzünü görüb, nə də balası atasının üzünü görüb…
Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər…
***

Dünən, 12 iyul tarixində Şəhidimizin anası Elmira xanımla tanış oldum…
Onunla İkinci Vətən Müharibəsi Şəhidi Əkbər Pənahovun Anım Günündə bir araya gəldim…
Elmira xanımla qısaca olsa, söhbətləşdim, hal-əhvallaşdım…
Ona, ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun! Ruhu və Sizin qarşınızda baş əyirəm!”-dedim…
Və söz verdim ki, bir gün onları da evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…
Məkanı cənnətlik, məqamı Uca olsun-Şəhidimizin!
Nur içində uyusun!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





