Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Tural Şakir oğlu Abdullayevin bu gün doğum günüdür.
Tural Abdullayevin bu gün-26 fevral tarixində 35 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günüdür.
Etikxeber.az xəbər verir ki, əslən Laçınlı, Əriklili və Xocalılı olan Tural Abdullayev 1990-cı ilin fevral ayının 26-da dünyaya gəlib.
Ailənin üç övladından biri, evin tək və subay oğlu, iki bacının tək qardaşı olub.
Peşəkar hərbçi, Xüsusi Təyinatlı olan Tural Abdullayev İkinci Vətən Müharibəsinin 4-cü günündə, sentyabrın 30-da Kəlbəcər-Murovdağ istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.
Nəşi bir gün sonra, oktyabr ayının 1-də Binə qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin adına Binə qəsəbəsində küçə verilib.
Eyni zamanda, 4 saylı Xocalı məktəbi onun adını daşıyır.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





