Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Zəngilanlı, özü isə Bakılı, Biləcərili olan “Qisas” əməliyyatı Şəhidi Amin Rasim oğlu Qəfərlinin Şəhadət günüdür.
Amin Qəfərlinin bu gün-13 sentyabr 2026-cı il tarixində Şəhadətindən 4 il keçir.
Şəhadət günü ilə bağlı bu gün-səhər saatlarında Şəhidin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim evində Anım məclisi düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Qısa çıxışlar edilib.
Çıxışlarda valideynlərinə-anası Natəvan xanıma və atası Rasim Qəfərliyə Allahdan səbr və dözüm arzulanıb.
Etikxeber.az xəbər verir ki, Amin Qəfərli 2004-cü ilin yanvar ayının 22-də Bakı şəhərində, Biləcəri qəsəbəsində dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.
2010-2021-ci illərdə Biləcəri qəsəbəsində yerləşən 297 saylı tam orta məktəbdə oxuyub.
Məktəbi bitirdikdən az sonra, 2022-ci ilin aprelində Əsgərliyə yollanıb, Xüsusi Təyinarlı Qüvvələrdə (XTQ) xidmət etməyə başlayıb.
XTQ-nin Əsgəri kimi 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatında iştirak edib.
Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə Şəhidlik məqamına ucalıb.
Nəşi 2 gün sonra-15 sentyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda ailəsinin yaşadığı kücə Onun adını daşıyır.
***
Bu gün həm də əslən Biləsuvar rayonunun İsmətli kəndindən, özü isə Abşerondan, Ceyranbatandan olan “Qisas” əməliyyatı Şəhidi Nicat Malik oğlu Qarazadənin Şəhadət günüdür.
Bu gün Nicat Qarazadənin də Şəhadətindən 4 il keçir.
Bu gün səhər saatlarında Nicat Qarazadənin də Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub, ailəsinə Allahdan səbr dilənib.
Xatirə fotoları çəkdirilib, adına çay-ehsan süfrəsi təşkil edilib.
Qeyd edək ki, əslən Biləsuvar rayonunun İsmətli kəndindən olan Nicat Qarazadə 2002-ci ilin oktyabr ayının 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…
Tək bacısı hazırda ailəlidir, övladına da qardaşının-Nicatın adını qoyub…
Nicat 2008-2019-cu illərdə Ceyranbatanda yerləşən 2 saylı orta tam məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub…
Əsgərliyini bitirər-bitirməz taleyini Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyintlı Qüvvələrdə (XTQ) işləməyə, fəaliyyət göstərməyə başlayıb…
“Qisas” əməliyyatı zamanı, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 17 sentyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…

Hazırda adını daşıyan küçə var…
Valideynləri isə oxuduğu məktəbə övladlarının adının verilməsini istəyir…
20 yaşında Şəhadətə ucalan Nicat həm də subay olub…
Ümumiyyətlə, Nicat daxil olmaqla, Qarazadələr ailəsinin beş Şəhidi var…
İkisi Birinci Qarabağ Savaşı Şəhidi, biri İkinci Vətən Müharibəsi Şəhidi (Elşən Müslümov), birisi isə doğmaca bibisi oğlu, 2016-cı il Aprel döyüşlərinin Şəhidi Elmidar Səfərovdur.
***
Eyni zamanda, Şəhadət günləri olan digər “Qisas” əməliyyatı Şəhidləri-Gizir Səbuhi Fuad oğlu Əhmədov, Leytenant Ravil Mübariz oğlu Hümbətov və Kapitan Fərid Kəmaləddin oğlu Mehbalının məzarları ziyarət olunub, Anım məclisləri düzənlənib.
Qeyd edək ki, Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, Abşeron, Xətai, Binəqədi rayon İcra hakimiyyətlərinin nümayəndələri, millət vəkilləri Aydın Mirzəzadə, Zaur Şükürov və Vüqar Rəhimzadə, ziyalılar, din xadimləri və digər şəxslər iştirak ediblər.
13:05
***
FOTOLAR:






















13:45
***








Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





