Xüsusi Təyinatlı-Şəhid Səfiyar Məmmədovun anası Narıngül Mahmudovaya-“VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR

Daha bir Şəhid anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin Qanlı sentyabr Şəhidlərindən olan Xüsusi Təyinatlı-MAXE, bir neçə medal və ordenli Səfiyar Elşən oğlu Məmmədovun anası Narıngül Fazil qızı Mahmudovaya bu gün “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin (İB) təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.

Evin-ailənin 4 övladından biri olan Səfiyar Məmmədovun anasına “Şəhid anası” medalı və vəsiqəsini adıçəkilən təşkilatın üzvü, jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhid anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

Eyni zamanda, dərd ortağı olan Şəhid anasına Allahdan səbr və dözüm arzulayıb.

Qeyd edək ki, “Şəhid anası” medalı və vəsiqəsi iki ilə yaxındır Şəhid anası Tünzalə Abduləlimovanın təşəbbüsü ilə və şəxsi vəsaiti hesabına Şəhid analarına təqdim olunur.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DYP-dən sürücülərə-MÜRACİƏT

Read Next

Daha 34 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir