Xüsusi Təyinatlı, ailənin 4 övladından biri, “Rəşadət” ordenli-ƏLİ MEHDİZADƏ: BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 21 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Lənkəran şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı (XTQ) Əli Məcid oğlu Mehdizadənin doğum günüdür.

Əli Mehdizadənin bu gün 21 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, 2001-ci ilin avqust ayının 15-də Lənkəran şəhərində dünyaya gələn Əli Mehdizadə ailənin 4 övladından biri olub.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Orta məktəbi bitirdikdən bir müddət sonra Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb.

Və Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsi zamanı Murovdağ, Xocavənd, Hadrut, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşüb.

Müharibənin başa çatmasına cəmi 9 gün qalmış, noyabr ayının 1-də isə Daşaltı istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra-3 noyabr tarixində Lənkəran şəhər Şəhidlər Xiyabanında dəfn olunub, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni6 medal ilə təltif olunub.

Yeri gəlimşkən, qardaşlarından biri-Murad da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əli həm də subay olub.

12:00

***

Bu gün axşam saatlarına yaxın Qubalı Şəhid Miqdad Abduləlimovun valideynləri-anası Tünzalə Abduləlimova və atası Faiq Abduləlimovla birlikdə Şəhidimizin ailəsini, ocağını ziyarət etdik…

Qeyd edim ki, bu, mənim Şəhidimizin ailəsini ikinci ziyarətim idi.

Onlara başsağlığı verdik, ailəsinə Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik.

Eyni zamanda, Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı təşkil edilmiş mərasimdə iştirak etdik.

Mərasimdə Şəhid ailə üzvləri, yaxınları ilə yanaşı Lənkərandan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri və digər şəxslər iştirak etdilər.

Mərasimdə Şəhidin və cəmi Şəhidlərin ruhlarına dualar edildi, “Quran” oxundu, ailəsinə bir daha səbr və dözüm arzulandı, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edildi.

Həmçinin, Şəhidin adına ehsan verildi.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü olsun!

Nur içində yatsın!

17:25

***

FOTOLAR:

17:30

***

17:57

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”-ETSN RƏSMİSİ

Read Next

Daha 110 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir