XV Yay Paralimpiya Oyunlarında üçüncü medalı qazandıq

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.

Etikxeber.az xəbər verir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşündə belaruslu Aleksandr Kazlovdan üstün olub. Növbəti görüşündə Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. Argentinalı Xose Effrona qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Conatan Drane ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz Rio Paralimpiadasını üçüncü pillədə başa vurub.

Etikxeber.az

 

Read Previous

Daha bir idmançımız finalda- Ramil Qasımov qızıl medala sahibləndi- YENİLƏNİB

Read Next

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir