Yağan güclü qar səbəbindən 277 daxili və xarici reys ləğv edildi

İstanbulda yağan güclü qar bır sıra çətinliklər yaradıb.

Etikxeber.az Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, yolların qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Əsas yollarda nəqliyyatın hərəkəti üçün ciddi problemlər olmasa da, bəzi duz səpilməmiş küçələrdə avtomobillərin hərəkətində çətinliklər yaranır.

Məhdud görmə şəraiti səbəbindən İstanbul Boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

Türk Hava Yolları isə yağan güclü qar səbəbi ilə Atatürk və Sabiha Gökçen hava limanlarından reallaşdıracağı 277 daxili və xarici reysi ləğv edib.

Pegasus Hava Yolları da reallaşdırılması planlaşdırılan 74 daxili və xarici reysi təxirə salıb.

Həmçinin İstanbul dəniz avtobuslarının hərəkəti də dayandırılıb.

Qeyd edilir ki, 834 evsiz vətəndaş şaxtalı hava şəraiti ilə əlaqədar Zeytinburnu İdman Kompleksində müvəqqəti olaraq yerləşdiriliblər.

Etikxeber.az

Read Previous

“Qəbələ” klubu təlim-məşq toplanışı üçün Türkiyəyə yollanır

Read Next

Xalq artisti və Əməkdar artist Sidneydə konsert proqramı ilə çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0