Yağış davam edəcək, bəzi yerlərdə intensiv olacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 26-da bəzi yerlərdə  arabir yağış  yağacağı  gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə  6-8° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək  773 mm civə sütunu, nisbi rütubət   85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 28-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 4-9° isti, gündüz 9-13° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

Etikxeber.az

 

Read Previous

Xanım Prezident Xalça Muzeyində olub -FOTOLAR

Read Next

Deputat: “Poroşenkoya Əliyev kimi hərəkət etməyi məsləhət görərdim”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir