Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacaq-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Etikxeber.az

Read Previous

Musiqi sərhəd tanımır: MESAM Bakıda “Qardaşlığın körpüsü”nü qurdu – FOTOLAR

Read Next

“Niyə məni xəstə saldın, niyə məni yazıq etdin, niyə ananı Oğulsuz, arxa-dayaqsız qoydun?…”-Cənnətdəki altıncı doğum günündə, 30 yaşının tamamında-ŞƏHİD ELMƏDDİN NAMAZOVUN MƏZARI ZİYARƏT OLUNDU, “MAŞIN MUZEYİ”NİN AÇILIŞI OLDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir