Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq-SABAH

Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-dən Etikxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Etikxeber.az

Read Previous

“Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”-MEHRİBAN ƏLİYEVA

Read Next

Baş Prokurorluq Fuad Qəhrəmanlının qızının təcavüzə məruz qalması ilə bağlı cinayət işini-NƏZARƏTƏ GÖTÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir