Yağış yağacaq, külək əsəcək-SABAH

Dekabrın 09-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar əksər rayonlarda tədricən kəsiləcək.

Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Etikxeber.az

Read Previous

“QƏLƏBƏ MÜJDƏLİ VƏTƏN”-Şəhid ailələrinin iştirakı ilə Raziyə Kamilqızının növbəti kitabının təqdimatı oldu – FOTOLAR

Read Next

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad-EMİL ƏMİROVUN SABAH CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir