Yağış yağacaq, külək əsəcək-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bu barədə  Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.

Etikxeber.az

Read Previous

“İşğaldan azad olunmuş torpaqlarımıza qayıdan insanların işlə təmin edilməsi ən vacib məsələlərdən biridir…”-İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

Mədəniyyət mərkəzinə atəş açılması barədə Ermənistanın yaydığı məlumat yalandır-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir