Yağış yağacaq-SABAH

Aprelin 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Dağlıq ərazilərdə qar yağacağı gözlənili


Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.

Etikxeber.az

Read Previous

Ailənin iki övladından, iki qardaşdan biri və bu gün Cənnətdəki altıncı doğum günü, 24 yaşı tamam olan-SUMQAYITLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, XÜSUSİ TƏYİNATLI SƏBUHİ HƏSƏNQULİYEV…

Read Next

Gələcəyin parlayan gimnast ulduzu-Aybəniz Elşən qızı!-RAZİYƏ RZAZADƏ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir