Yağış yağacaq – SABAH

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Axşama doğru hava əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu  gecə 5-7° isti, gündüz  8-10° isti, Bakıda gecə 5-7°, gündüz  8-10°  isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 85-95 % olacaq.   

Dekabrın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu gecə 1-6° isti, gündüz  7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Etikxeber.az

Read Previous

Qobunun küftə-bozbaşı və ya AĞIRLIQDAN SINAN MASALAR – SABİR RÜSTƏMXANLI YAZDI

Read Next

BMT-nin Baş katibi Ermənistanın nasistləri qəhrəman kimi qələmə verməsi barədə məlumatlandırıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir