Yağış yağacaq-SABAH

Dekabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Etikxeber.az

Read Previous

İki il öncə qaz partlayışı nəticəsində yararsız vəziyyətə düşümüş Şəhid Cavid Əliyevin valideynlərinə məxsus ev-“AZƏRİQAZ” TƏRƏFİNDƏN TƏMİR OLUNUB ƏLİYEVLƏR AİLƏSİNƏ TƏHVİL VERİLƏCƏKMİ?

Read Next

“Prezident Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir