Yağış yağacaq, şimşək çaxacaq-XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Etikxeber.az

Read Previous

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub-AYGÜN SƏMƏZDAZƏ

Read Next

Sənəti ilə Şəxsiyyəti, Şəxsiyyəti ilə Sənəti üst-üstə düşən, Adam kimi Adam, İnsan kimi İnsan-RUSLAN SƏFƏROĞLU! – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir