“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb…Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir…”-PREZİDENTİN KÖMƏKÇİSİ ADEKVAT CAVAB TƏDBİRLƏRİNİN GÖRÜLƏCƏYİNİ BƏYAN ETDİ

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.

Etikxeber.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Ağdamın Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur…”-MN İŞĞALÇIYA XƏBƏRDARLIQ ETDİ – DÜŞMƏN ŞƏMKİRİN, BƏRDƏNİN KƏNDİNİ VƏ TƏRTƏRİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (2)

Read Next

“Dünyanın supergücləri, beynəlxalq təşkilatlar bu birliyin fərqindədirlər…”-SİYASİ ŞƏRHÇİNİN QƏNAƏTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir