“Yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır”-İQTİSADİYYAT NAZİRİ

İşsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 112 % icra edilib. Əməkhaqları üzrə aparılmış islahatlar sahəsində son 4 il 9 ay müddətində 304 mindən çox yeni əmək müqavilələri bağlanıb. Şəffaflaşma proseslərinə geniş yer verilir. Pandemiya dövrü də daxil olmaqla, biz ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradırıq.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Bildirib ki, yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır:

“Bu ölkədə istər orta əməkhaqqının, istərsə də iqtisadiyyatın inkişafı üçün vacib amildir. Eyni zamanda, ölkədə əmək bazarının yaxşılaşdırılmasını şərtləndirir’.

Etikxeber.az

Read Previous

“Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır, ona görə də…”-MALİYYƏ NAZİRİ

Read Next

“Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitləri Qarqar çayı sahilində kütləvi basdırılıb”-DTX TƏRƏFİNDƏN SAXLANILAN MADAT BABANYAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir