Yanacaqdoldurma məntəqəsində partlayış – YARALILARIN VƏZİYYƏTİ AĞIRDIR – NAZİRLİK

Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində partlayış baş verib.

Etikxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə hadisə zamanı iki nəfər xəsarət alıb.

Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda onlardan birinin bədən səthinin 100, digərinin isə 70-80 faiz yandığı qeyd edilir.

Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Sərbəst güləşçilərimiz Ermənistan millisinə qalib gəldilər

Read Next

Bəxtiyar Əliyev seçiciləri ilə növbəti qəbul keçirdi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir