Yanğın və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası yaşandı

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Etikxeber.az məlumat verir ki, avtomobillərdən biri zərbədən sonra alışıb.

Hadisə Yasamal Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb. Abdulvahab Salamzadə küçəsi ilə hərəkət edən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil “Mazda” markalı maşına çırpılıb. Zərbədən sonra BMW alışıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən  (FHN) verilən məlumata görə isə BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil isə yanğından mühafizə olunub.

Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Namiq Zülfüqarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

Etikxeber.az

Read Previous

Klinton Trampı yenə “tramp”dan endirdi

Read Next

“Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir