Yanğının meşə ərazisinə keçməsinin qarşısı alındı – QUBADA – FOTO

Avqustun 24-dən Quba rayonunun Çiçi bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.

Etikxeber.az-ın xəbərinə görə, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib ki, 15 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb.

Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Xanlar Heybətov qeyd edib ki, çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri yaxından iştirak ediblər.

Çətin relyefli, dağlıq ərazidə baş verən yanğının söndürülməsi işləri bu gün səhər saatlarında başa çatdırılıb.

Etikxeber.az

Read Previous

“Məhz bu meqafəaliyyətin nəticəsidir ki…” – AZƏR BADAMOV YAZDI

Read Next

Tələt Paşa təhqir olundu – DAHA BİR ERMƏNİ MURDARLIĞI VƏ BARBARLIĞI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir