Yanvarda Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq – XƏLƏFOV

Gələn ilin yanvar ayında Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.

Nazir müavini qeyd edib ki, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq mələləri də müzakirə olunacaq.

X. Xələfov bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar mütəmadi olaraq aparılır:

“İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakiər olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun. Sammitin tarixini demək çətindir. Yəqin bu barədə nazirlərin görüşündən sonra nəsə demək mümkün olacaq. Eyni zamanda baxacağıq ki, konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyət hansı səviyyədədir. Onu deyə bilərəm ki, nazirlərin görüşünün Astanada keçirilməsi nəzərdə tutulur”.

Etikxeber.az

Read Previous

Əliyevin anım günüdür – Əliyev mərhum prezidentin məzarını ziyarət etdi-YENİLƏNİB – FOTO

Read Next

DTX: “Ölkəmizə müxtəlif təhlükə və təhdidlər var…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir