Yanvarın 10-u Qazaxıstanda matəm günü-ELAN EDİLDİ

Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali “Facebook” səhifəsində bildirib.

“Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib”– deyə, o, qeyd edib.

Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın Manqistau vilayətində maye qazın bahalaşması ilə əlaqədar başlayan etirazlar yanvarın 3-dən etibarən ölkənin demək olar ki, bütün iri şəhərlərini əhatə edib.

Təhlükəsizlik qüvvələri və etirazçılar arasında toqquşmalarda çox sayda ölənlərin olduğu bildirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “terror təhlükəsi” səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə yardım üçün müraciət edib.

KTMT-yə üzv Rusiya, Belarus, Ermənistan və Tacikistan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.

Etikxeber.az

Read Previous

“Makron da daxil olmaqla, Qazaxıstandakı hadisələri narahatlıqla izlədiklərini bildirməklə kifayətlənənlərin riyakarlığı ikrah doğurur”-MÜSAVAT BAŞQANI

Read Next

Azərbaycan-Türkiyə konfederasiyası ilə bağlı müzakirələr başlayacaqmı?-POLİTOLOQ İNDİKİ DÖNƏMDƏ BUNU VACİB HESAB EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir