Yanvarın 20-də Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə-MƏHDUDİYYƏT QOYULACAQ

20 yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Etikxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

“Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək” – deyə, BNA-nın məlumatında qeyd edilir.

Etikxeber.az

Read Previous

Daha 118 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Read Next

İkinci Vətən Müharibəsində 50 hərbçi itkin düşmüş hesab olunur-MÜDAFİƏ NAZİRLİYİ – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir