Yanvarın 26-da “Avro-2019”-un seçmə mərhələsinin püşkü atılacaq

Yanvarın 26-da İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AFFA-dan Etikxeber.az-a bildiriblər ki, tədbirdə Azərbaycanı U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə və AFFA-nın texniki direktorunun müavini Zaur Hacı-Məhərrəmov təmsil edəcəklər.

Etikxeber.az

Read Previous

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir- SƏRƏNCAM

Read Next

Azərbaycan əhalisinin gəlirləri 8,7 faiz artıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir