YAP bu imtahahdan, bu sınaqdan da üzüağ, alnıaçıq çıxdı-ELDAR İBRAHİMOV YAZDI

Qurucusu, yaradıcısı Ülu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı, fəaliyyət göstərdiyi 30 il ərzində daim inkişafda olub, böyük inkişaf yolu keçib, daim təzələnib, daim yenilənib.

Ötən 29 il ərzində Azərbaycanın bir saylı partiyası olub və bu liderliyini, bu öndərliyini, bu öncəlliyini bu gün də qoruyub-saxlamaqdadır.

Partiyamız illərin sınağından uğurla, ləyqaətlə, şərəflə çıxıb və ikinci müstəqil Azərbaycanın hərtərəfli inkişafına misilsiz töhfələr verib və bu gün də son 20 ilə yaxın müddət ərzində YAP-a uğurla rəhbərlik edən ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə öz töhfələrini verməkdədir.

Hər gün kərpic üstünə daha bir kərpic qoymaqda və qoyulmaqdadır.

Hər kəsin yadında, xatirində olar, ötən il bugünlərdə partiyamızın növbəti və növbədənkənar 7-ci qurultayı keçirildi.

Bu qurultaya, YAP-ın yenidən toparlanmasına, səfərbər olunmasına, silkinməsinə, arınıb təzələnməsinə, yenilənməsinə, ölkə Prezidentinin islahatlar kursunun dinamizminə cavab verməsi, onunla birgə addımlaması lazım idi.

Beləliklə, ötən ilin martın 5-də partiyamızın növbəti qurultayı keçirildi və bu qurultay tam məsuliyyətimlə, tam səmimiyyətimlə deyərdim ki, YAP-ın fəaliyyətində yeni inkişaf mərhələsi oldu.

Qurultayda növbəti parlaq nitqi zamanı dövlət başçımız, sədrimiz “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir”-deyərək bildirdi ki, İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb.

Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılıb və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar ortadadır.

Çıxışında eyni zamanda, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağıran cənab İlham Əliyev bildirdi ki, buna ehtiyac var.

Çünki çıxışda da vurğulandığı kimi, biz yeni dövrə qədəm qoyduq. Tamamilə yeni geosiyasi vəziyyətdir və bölgədə və ölkəmizdə.

Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daima biz qələbə qazanaq. Daima Azərbaycan bayrağı yüksəklərdə olsun.

Bəli, bu şərtlərdən, bu reallıqlardan, bu çağırışlardan irəli gələrək, partiyamızda kadr və strukrur islahalatları, köklü dəyişikliklər baş verdi.

Əvvəla, YAP-çılar, qurultay nümayəndələri birmənalı olaraq, cənab Prezidentin yenidən partiyamızın sədri olmasına yekdilliklə səs verdilər.

Eyni zamanda, partiyamızın sədrinin tövsiyəsi ilə YAP-da kadr və struktur dəyişiklikləri yaşandı.

İcra Katibliyi ləğv olunaraq, onun yerində daha möbil, daha çevik Mərkəzi Aparat yaradıldı.

Eyni zamanda, üst qurum olan İdarə Heyətinin tərkibi genişləndirilərək, 40 nəfərə çatdırıldı, yeni simalar, gənclər bu quruma üzv seçildi, yeni nəfəs gətirildi.

Siyasi Şura ləğv edildi, YAP-ın quruculuğunda, inkişafında böyük xidmətləri olmuş şəxslərdən ibarət Veteranlar Şurası yaradıldı.

Bununla yanaşı, partiyanın Gənclər, Qadınlar birlikləri, rayon təşkilatları, digər strukturları yeniləndi, təzələndi.

Birinci xanım, Birinci vitse-prezident hörmətli və dəyərli Mehriban xanım Əliyeva yenidən YAP sədrinin birinci müavini, Tahir Budaqov Əli Əhmədov isə YAP sədrinin müavinləri seçildilər, eyni zamanda, Tahir müəllim yeni yaradılmış Mərkəzi Aparatın rəhbəri vəzifəsinə gətirildi.

Beləliklə, YAP bu imtahandan, bu sınaqdan da üzüağ, alnıaçıq çıxdı.

Bir daha təsdiq etdi, təsdiq olundu ki, YAP yekdildir, monolitdir, daim yeniliklərə, dövrün, ölkə Prezidentin bütün çağırışlarına hazırdır və səfərbərdir.

Bəli, Ulu Öndərimizin dediyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır!”

YAP iqtidar partiyasıdır və bundan sonrakı illər ərzində də İlham Əliyevin liderliyi ilə hakimiyyət partiyası olaraq qalacaq, Qalib, dağlı-aranlı, bütöv Qarabağın yenidən dirçəldilməsinə, “Böyük qayıdış”a öz töhfələrini verəcək, Azərbaycan Qələbələrdən-Qələbələrə, Zəfərlərdən-Zəfərlərə aparacaq.

Bütün Qələbələr, bütün Zəfərlər, bütün uğurlar bizimlə, YAP-la, Qalib Azərbaycanımızla olacaq!

Eldar İBRAHİMOV,

Yeni Azərbaycan Partiyası İdarə Heyəti üzvü, İntizam komissiyasının sədri

19:20

Etikxeber.az

Read Previous

Telefonunun kodu ilə dəfn tarixi eyni olan, üst-üstə düşən-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 18 YAŞLI, 4 MEDALLI ŞƏHİD – HÜSEYN İSAQ OĞLU YUSİFOV… – FOTOLAR

Read Next

Dünyanın ən böyük səsyazma şirkəti də fəaliyyətini dayandırdı-RUSİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir