Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlər-Sədaqət Həsənova və Rəşad Sadıqov bu gün-12 yanvar 2025-ci il tarixində təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəhid ailələrini ziyarət ediblər.
Etikxeber.az xəbər verir ki, Səbail rayonu ərazisində Şəhid ailələri və Qazilər üçün tikilmiş binada yaşayan İkinci Vətən Müharibəsi Şəhidi Fərid Əliyevin ailəsinin yaşadığı mənzildə baş tutan görüş-ziyarətdə digər Səbailli Şəhid ailələri-Şəhid Yusif Budaqovun anası Lətafət Budaqova və Şəhid Nicat Şükürlünün valideynləri-Yeganə və Ayaz Şükürovlar iştirak ediblər.
Bir saata yaxın davam edən görüş-ziyarət isti və səmimi ortamda keçib.
Bələdiyyə üzvlüyünə namizədlər hakim partiyanın seçki proqramından, eləcə də gördükləri işlərdən və seçiləcəkləri təqdirdə, görməyi nəzərdə tutduqları işlərdən danışıblar.
Şəhid ailələri də onları maraqlandıran məsələlərdən bəhs edib, hər iki namizədə seçkilərdə uğurlar arzulayıblar.
Görüş-ziyarət zamanı həm də xatirə fotoları çəkdirilib.
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az