YAP-çı deputatlardan kimlər hakim partiyanın Siyasi Şurasında-TƏMSİL OLUNACAQ?

Hələlik keçirilmə saatı və məkanı sirr kimi saxlanılan hakim Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart tarixli növbədənkənar qurultayında yeni simaların, indiyədək rəhbər qurumlarda təmsil olunmayan bir sıra şəxslərin, millət vəkillərinin İdarə Heyəti və Siyasi Şurada təmsilçiliyi gözlənilir.

Etikxeber.az-ın xəbərinə görə, 84 nəfərlik Siyasi Şurada və 20 nəfərdən ibarət olan İdarə Heyətində təmsil olunanların yarıdan çoxunun yeniləcəyi, əvəzlənəcəyi nəzərdə tutulur.

Bunu istər Siyasi Şurada, istər İdarə Heyətində təmsil olunan, istərsə hakim partiyanı Milli Məclisdə (MM) təmsil edən əksər millət vəkilləri özləri də təsdiqləyirlər.

Bu baxımdan, YAP-ı MM-də təmsil edən və kifayət qədər nüfuzlu, təmiz reputasiyalı, müsbət imicli deputatların Siyasi Şura İdarə Heyətində təmsilçiliyi üzərində daha çox dayanılır, daha doğrusu, kuluarlarda onların adları daha çox hallanır.

Məlumatlara və ehtimallara görə, növbəti qurultay zamanı yenidən formalaşdırılacaq seçkili orqanda, Siyasi Şurada YAP-çı millət vəkillərindən-spiker, professor Sahibə Qafarova, Birinci vitse-spiker Əli Hüseynli, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, həmçinin, Elnur Allahverdiyev, MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, eləcə də, hakim partiyanın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və başqa bir neçə YAP-çı deputat təmsil oluna bilər, təmsil olunacaqlar.

S. Qafarovanın həm də İdarə Heyətində təmsilçiliyi ehtimal olunur.

Bunu saytımıza açıqlamasında adının çəkilməsini istəməyən nüfuzlu, tanınmış YAP Siyasi Şurası üzvlərindən biri də təsdiqləyib.

Qeyd edib ki, bir neçə YAP-çı deputatın İdarə Heyəti və Siyasi Şurada iştirakı, təmsilçiliyi gözlənilən, ehtimal olunan və mütləqdir...

Onu da qeyd edək ki, adıçəkilən şəxslər indiyə qədər YAP-ın rəhbər qurumlarında təmsil olunmayıblar.

Etikxeber.az

Read Previous

Millət vəkili açıq məkanda seçiciləri ilə fikirlərini-BÖLÜŞDÜ-VİDEO

Read Next

“Ölkə Prezidenti ilklər müəllifdir, dünya siyasətçiləri və liderləri üçün bir örnək, yaxşı mənada təcrübədir…”-ELDAR İBRAHİMOV PREZİDENTİN 4 SAATLIQ MÜSAHİBƏSİNDƏN YAZDI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir