YAP-çı deputat qanuna dəyişiklikləri yıxıb-sürüdü…

YAP-çı deputat Musa Quliyev “Milli Məclisin Daxili Nizamnaməsi haqqında” və “Deputatın etik davranış qaydaları haqqında”  qanunlara edilən dəyişikliklərə sərt reaksiya verib.

Etikxeber.az xəbər verir ki, o, bu dəyişiklikləri deputatlara hörmətsizlik kimi dəyərləndirib:

“Sanki biz seçkili orqanın üzvləri yox, təyinatlı orqanın üzvlərik. Milli Məclis və deputatlarla bağlı qanunlara təklif olunan dəyişikliklər məıhz bu anlamı verir. Bununla deputatlara hörmət edilmir. Biz gəldi, gedərik, parlament qalandır.

Bizi xalq seçir. Amma mandatımız alınarkən xalqdan  soruşan yoxdur ki, sənin nümayəndəni mandatdan məhrum edirlər?! Bu, mütləq beynəlxalq ekspertizadan keçirməlidir.

 Deyilir ki, deputat istefa verməsi haqqında iclasda fikir desə və o stenoqrama düşsə, sonra fikrini dəyişə bilməz. İndi nə olar kimsə əsəbiləşə bilər, ağzından nəsə çıxar, sabah özünə gələndə fikrini dəyişə bilər. Amma bu qəbul edilmir. Bu, düzgün deyil”.

ziko-ziyafat

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, qanun layihələri heç bir halda deputatların əleyhinə yönəlməyib:

“Niyə? Onun səbəbini ikinci oxunuşda deyəcəyəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Onun 100 manatlıq hissəsini kəsib İntizam Komissiyasına verəcəyəm?!” – AQİL ABBAS “OD” PÜSKÜRDÜ

Read Next

Musa Quliyevin qanun layihəsi birinci oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir