Musa Urud “Təəssüf” dedi…

YAP-çı deputat, tanınmış şair Musa Quliyev (Urud) öz yeni-növbəti şeirini təqdim edib.

Etikxeber.az xəbər verir ki, “Təəssüf” adlanan yeni şeirini M. Urud öz şəxsi “Facebook” səhifəsində paylsaşıb.

Həmin şeiri təqdim edirik:

Təəssüf

Səni çoxdan unutdum, xatirən də qalmadı
Xəyanətin ünvanı dağılmış yurd yeridi.
Bu yazı da nə giley, nə də yada salmadı,
Yalnış keçən ömürdən bir təəssüf şeridir.

Söndürdün öz əlinlə alışdirmaz bir daha
Külü qalmış ocağı ayrılıq küləkləri.
Nə bilək ki şeytanın fitvasıyla uçurmuş
Bizim başımız üstdə məhəbbət mələkləri.

Şeytan – tamah, hərislik, aravurmaq peşəsi.
Ömür əyləncə deyil, əyləncənin sonu yox.
Yəqin gedib başından daha şərab nəşəsi.
Candərdi gülüşlərin qara pul kimi soyuq.

musa-qdi

Yollar çoxdan ayrılıb, küsən ulduz barlşmaz.
Ömür saat deyil ki, irəli qur, geri çək.
Hərdən sənə oxşayan kimsə çıxar qarşıma,
Adın dəyər dilimə çəkimliş diş yeritək.

Heç bilmirəm hardasan, kiminləsən, nəçisən
Həyat sənə verdimi ağılsız istəyini?
Ağ fincanda içilmiş bir qəhvə ləkəsisən.
Sənə baxıb oxuyar kimsə öz taleyini.

Etikxeber.az

Read Previous

“Hər hansı bir deputatın yaşla bağlı bir problemi varmı?” – DEPUTAT ETİRAZ ETDİ

Read Next

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq sülhün əsas dəstəkləyici amillərindən biridir” – SPİKER – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir