YAP-çı deputatlar son kadr dəyişiklikləri barədə – NƏ DEDİLƏR, RAZIDIRLARMI?

Son günlərdə Azərbaycanda yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahatçılıq prosesinin tərkib hissəsidir. Azərbaycan öz dövlətçilik inkişafında zaman-zaman daha yüksək mərhələyə qalxır və bir dövrdə dövlətçiliyə, inkişafa öz tövhəsini vermiş insanların yenisi ilə əvəzlənməsinə ehtiyac yaranır. Yeni simalar yeni enerji, yeni baxışdır. Bir tərəfdən əvvəlkilərin fəaliyyətinə cənab Prezident tərəfindən yüksək qiymət verilir, dövlətə xidmətinə görə təşəkkür edilir, eyni zamanda, gənclərə də yol açılır.

Etikxeber.az xəbər verir ki, bunu YAP-ın şöbə müdiri və millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, bu, zamanın tələbidir, bu, bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da uğurla tətbiq edilməkdədir:

“Kadr dəyişikliyi ancaq son zamanda baş verdiyini söyləmək düzgün olmazdı. Diqqət edilsə, görünər ki, hər dövrdə kadrlar əvəzlənir, yeni simalar gəlir. Biz dövlətə bağlı olan, Prezidentin komandasında layiqli yer tutan yeni insanlara rast gəlirik. Son dövrdəkilərin ölkənin həm dövlətçilik, həm də iqtisadi sahədə inkişafında yeni yanaşma tətbiq edən kadrlar olduğunun şahidiyik.

Hesab edirəm ki, yeni təyinatlar qarşımıza qoyulan vəzifələrin daha yüksək səviyyədə və daha səmərəli həyata keçirilməsinə ümidlərimizi doğruldacaq. Əsas məqam ondan ibarətdir ki, yeni təyin edilənlər Azərbaycan cəmiyyətinə tanış insanlardır. Onlar əvvəlki postlarında öz fəaliyyətləri ilə müsbət nəticə ortaya qoya biliblər. Onların iş metoduna, onların yanaşmasına, onların dövlətə, Prezidentə sədaqətinə hər hansı bir şübhə ola bilməz.

mikayıl-ilya

sahin-ilya

Bir sözlə, aparılan uğurlu siyasi kurs kadrların yeni vəzifələri ilə bir daha həyata keçirilir. Cənab Prezidentin kadr siyasətində həm gənclərə zaman-zaman yer verilir, eyni zamanda təcrübəli insanların da potensialından maksimum istifadə edilməsinə önəm verilir. Aparılan kadr dəyişiklikləri şübhəsiz ki, Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaq.

Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr ki, Azərbaycanın müstəqilliyini möhkəmlətməli, iqtisadiyyatımızı inkişaf etdirməli, insanların sosial vəziyyətinin daha da güclənməsinə xidmət etməli və hər bir Azərbaycan vətəndaşının maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək etməlidir.

ali hasan-ilya

hacibala-ilya

Hesab edirəm ki, təyinatlar düzgün aparılıb və təyin edilən şəxslər Prezidentin etimadını doğruldacaq”.

aydinnn

aydin_huseynov

Digər YAP-çı millət vəkili Aydın Hüseynov isə bildirib ki, Azərbaycan iqtisadiyyatı getdikcə daha da güclənir. Ölkəmiz cənubi Qafqazın 85% iqtisadiyyatını özündə birləşdirərək dünya iqtisadiyyatına inteqrasiya edir, iqtisadi əlaqələr genişlənir və xarici investisiya artır.

Millət vəkilinin dediyinə görə, Azərbaycan artıq böyük qlobal lahiyələrə imza atıb. Əgər iqtisadiyyat artırsa, istiqamətləri genişlənirsə, ona uyğun da struktur formalaşmalı,səlahiyyəti artırmalıdır.

“Ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsi qeyd etdiyimiz kimi iqtisadi inkisafimizi sürətləndirməkl tapşırıqların icrasının effektivliyini təmin edəcək.

Cənab Prezident yeni təyin olunmuş iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək qarşıda duran bir sıra problemlərin aradan qaldırılması üçün tapşırıqlarını verdi. O cümlədən “kölgə iqtisadiyyatı”ndan danışıldı. Çünki bu bütün dövlətlər üçün problemdir, adından göründüyü kimi burada şəffaflıq yoxdur. Statistikası aparılmayan bir iqtisadiyyatdır. Bu mənada “kölgə iqtisadiyyatı” ölkənin iqtisadi təhlilinin düzgün aparılmasına ciddi maneə olur, əngəl törədir.

Dövlət başçısının müdrik siyasətinə uyğun olaraq iqtisadi islahatlar genişlənir və “kölgə iqtisadiyyatı” aradan qaldırılır. Ötən il bütövlükdə Vergilər Nazirliyinin xətti ilə büdcəyə nəzərdə tutulan proqnozdan artıq – 250 milyondan çox vəsaitin daxil olması buna əyani sübutdur.

Əminliklə bildiririk ki, dövlət başçımızın bu fərmanı iqtisadiyyatımızın dinamik inkişafına müsbət təsir etməklə xalğımızın sosial şəraitinin daha da yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin durmadan yüksəlməsinə öz müsbət təsirini göstərəcək…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İlham Əliyev Koreya və Oman rəsmiləri ilə görüşdü – FOTOLAR

Read Next

YAP bələdiyyə seçkilərində iştiraka – QƏRAR VERDİ, MSK-YA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir