YAP-çı deputatlar və gənc fəallar Cingiz Qurbanovun məzarını ziyarət etdilər – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin və  Nəsimi rayon təşkilatının dəstəyilə Milli Məclisin deputatları bir qrup fəal gənclərlə birlikdə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi ilə görüşmək üçün Qusarın Həzrə kəndində oldu. Görüşdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Şahin İsmayılov, Azər Badamov və Eldəniz Səlimov iştirak edib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Şahin İsmayılov öz “Facebook” səhifəsində yazıb.

O, qeyd edib ki, görüşdən öncə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olunub və gül dəstələri qoyularaq, Şəhidin təhsil aldığı Qusar rayonu Həzrə kənd orta məktəbində Milli Qəhrəman üçün yaradılan guşə və onun təhsil aldığı sinif ziyarət olunub:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“Daha sonra Milli Məclisin deputatları gənclər ilə birlikdə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsini ziyarət edib. Gənclərə Çingizin şücayəti, Vətəni uğrunda göstərdiyi qəhrəmanlıq haqqında danışılıb.

Sonda isə gənclər Cənab Prezident İlham Əliyev tərəfindən şəhidin ailəsinə təqdim olunan Çingiz Qurbanovun Milli Qəhrəman ordeni ilə tanış olub”-deyə, millət vəkili sonra yazıb.

nurxan-ceyhun

cingiz-el-1

cingiz-el

Etikxeber.az

Read Previous

80 illə bir neçə günün fərqi , yaxud… – AKADEMİK

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir