Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi eks-prezident, mərhum Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun məzarını ziyarət edib.
Etikxeber.az xəbər verir ki, ziyarətdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin (MM) deputatları və digər şəxslər iştirak ediblər. YAP rəhbərliyi mərhum dövlət başçısı Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.
***
Qeyd edək ki, sabah YAP-ın İcra Katibliyində Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.
Anım mərasimi saat 12:00-da başlayacaq.
Etikxeber.az