Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“2018-ci ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək seçilmə şansı var”.
Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov bu gün YAP-ın (YAP) təşkilatçılığı ilə keçirilən “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” adlı konfransda deyib.
***
Baş nazirin müavini bildirib ki, bu siyasətin nəticəsində Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir: “Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nüfuzumuzun artması bu layihələrin dividentləri sayıla bilər”.
Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşdiyini deyən Ə.Əhmədov deyib ki, Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir:
“Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artır”.
***
“2018-ci ildə Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək”.
Bunu isə Milli Məclis (MM) sədrinin birinci müavini, Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
2018-ci ildə Azərbaycanda təhlükəsizlik məsələsinə toxunan Z.Əsgərov bildirib ki, hazırda bütün dünya təhdid içərisindədir:
“Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıq-sayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq”.
Etikxeber.az