YAP-çılar qurultayla bağlı test müayinəsindən keçirilib, onlardan analizlər götürülüb-BU GÜN – YENİLƏNİB – (1)

Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı (bu, partiyanın İdarə Heyəti ilə Siyasi Şurasının genişləndirilmiş toplantısı formatında da baş tuta bilər) keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, artıq qurultayda iştirak edəcək nümayəndələrə, YAP üzvlərinə bu haqda bildirilib, məlumatlar verilib və onlar partiyanın mərkəzi qərargahına dəvət olunublar.

YAP-çı millət vəkillərindən birinin ( o, həm də rayon təşkilatlarından birinin sədridir) saytımıza açıqlamasında bildirdiyinə görə, rayon və şəhər təşkilatlarının sədrləri, o cümlədən, İdarə Heyəti və Siyasi Şuranın üzvləri sabah partiyanın mərkəzi qərargahında toplanacaqlar.

Onlardan COVİD-19-la bağlı analizlər götürüləcək, test müayinəsindən keçiriləcəklər.

“Bizə verilən məlumat, bilgi hələlik bundan ibarətdir. Sabah partiyamızın qərargahında toplaşacağıq və bizlərdən analizlər götürüləcək”-deyə, o, əlavə edib.

15:49, 2 mart

***

Qurultay iştirakçıları olan YAP-çılar bu gün səhər saatlarında partiyanın mərkəzi qərargahına toplaşacaqlar.

Onlardan COVİD-19-la bağlı analizlər götürüləcək, test müayinəsindən keçiriləcəklər.

“Qurultayın keçirilmə saatı və məkanı ilə bağlı bizə hələlik heç nə deyilməyib. Sadəcə, bəzi təşkilati məsələlərlə bağlı göstərişlər verilib, eyni zamanda, analiz götürülməsi ilə əlaqədar bu gün mərkəzi qərargahda olmağımız bildirilib. Çox güman ki, bu gün, ən geci sabah hər şey dəqiq bilinəcək”.

Bunu isə YAP-ın şəhər təşkilatlarından birinin sədri saytımıza qısa açıqlamasında qeyd edib.

07:49

***

Qurultayda iştirakı gözlənilən YAP-çıların çoxundan artıq analizlər götürülüb, test müayinələri aparılıb.

Bu haqda tanınmış YAP-çılardan biri saytımıza məlumat verib.

Etikxeber.az

Read Previous

“Ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

6 övladını qoyub döyüşlərə qatılan İkinci Vətən müharibəsi iştirakçısı-AZƏR RAUF OĞLU VERDİYEV! – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir