Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Konstitusiya Məhkəməsinin növbədənkənar parlament (6-cı çağırış) seçkilərinin nəticələrini təsdiqləməsindən sonra Milli Məclisə (MM) seçilən 121 millət vəkilinin adı və siyasi kimliyi məlum olub.
Etikxeber.az-ın xəbərinə görə, 6-cı çağırış MM-də hakim Yeni Azərbaycan Partiyasından (YAP) sonra çoxluq Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) məxsusdur.
Xalq şairi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi VHP 2, 3 və 4-cü çağırışlarda olduğu kimi, 6-cı çağırışda da 3 millət vəkili ilə təmsil olunacaq.


Bunlar 6-cı dəfə millət vəkili seçilən “İstiqlal”çı deputat S. Rüstəmxanlı, 2000-ci ildən, 2-ci çağırışdan MM-də təmsil olunan akademik Rafael Hüseynov və professor Fəzail İbrahimlidir.





MM-ə seçilən digər partiya təmsilçilərinə gəlincə həmin şəxslər bunlardır: Fəzail Ağamalı-Ana Vətən Partiyasının (AVP) sədri, Asim Mollazadə-Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Qüdrət Həsənquliyev-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Fazil Mustafa-Böyük Quruluş Partiyasının (BQP) başqanı, Sabir Hacıyev- Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, Tahir Kərimli-Vəhdət Partiyasının (VP) sədri, Elşən Musayev-Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, Razi Nurullayev Azərbaycan Xalq Cəbhəsi (yeni) Partiyasının (AXCP) sədri və REAL-ın üzvü Erkin Qədirli.
Qeyd edək ki, F. Ağamalı 6-cı dəfə, Q. Həsənquliyevlə A. Mollazadə 5-ci, F. Musatafa və S. Hacıyev 4-cü, T. Kərimli 3-cü, E. Musayev 2-ci, R. Nurullayevlə E. Qədirli isə 1-ci dəfə millət vəkili seçiliblər.
Həmçinin, qeyd edək ki, bu dəfə YAP-dan başqa 10 partiya MM-də təmsilçilik hüququna malik olub.
Etikxeber.az





