Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçirilmə saatı və məkanı hələ də sirr olaraq saxlanılır.
Bu haqda qurultay iştirakçısı olan YAP-çılara heç nə bildirilmir.
Etikxeber.az-ın xəbərinə görə, qurultay iştirakçıları hələlik, sadəcə, Bakıya, YAP-ın mərkəzi qərargahına dəvət ediliblər və bu gün onlardan COVİD-19-la bağlı analizlər, müayinlər götürüləcək.
Adının çəkilməsini istəməyən tanınmış YAP-çılardan birinin dediyinə görə isə qurultay çox güman və ola bilər ki, elə partiyanın mərkəzi qəragahında baş tutsun.
“Çünki ölkədə koronavirus pandemiyası hələ də davam edir. Böyük zallarda qurultayın keçirilməsi heç bir halda ehtimalolunan deyil. Bu baxımdan, mümkündür ki, qurultay elə məhdud sayda iştirakçılarla partiyanın mərkəzi qərargahında keçirilsin. Ancaq təbii ki, bu, mənim şəxsi mülahizələrim, ehtimallarımdır. Qərar bütün hallarda YAP rəhbərliyinindir”-deyə, o, əlavə edib.
Etikxeber.az