YAP-ın qurultayı martın 5-də, səhər saatlarında partiyanın-MƏRKƏZİ QƏRARGAHINDA KEÇİRİLƏCƏK – BİR ÇOX YAP-ÇI DEPUTAT VƏ BƏZİ SİYASİ ŞURA ÜZVLƏRİ QURULTAYA DƏVƏT OLUNMAYIB… – YENİLƏNİB

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı sabah, martın 5-də, səhər saatlarında, 9-11 radələrində öz işinə başlayacaq.

Bu haqda Etikxeber.az-a tanınmış YAP-çılardan biri deyib.

Onun sözlərinə görə, qurultay məhdud sayda (təxminən 200-250 nəfər) iştirakçı ilə YAP-ın mərkəzi qərargahında baş tutacaq.

Qurultayın YAP-ın qərargahında və məhdud sayda iştirakçılarla keçirilmə səbəbi isə ölkədə hələ də pandemiyanın hökm sürməsidir.

Partiya rəhbərliyində,YAP-ın rəhbər orqanlarında dəyişikliklərə gəlincə tanınmış YAP-çı bunun qaçılmaz olduğunu bildirib, eyni zamanda, əlavə edib ki, əsas məsələ, əsas məqsəd ölkənin bir saylı partiyası kimi hakim siyasi təşkilatın daha hərəkətli, daha fəal, daha çevik olmasıdır.

“Kimlər gələcək, kimlər gedəcək, bu haqda bir söz deyə bilmərəm, amma şəxsi fikrim budur ki, YAP fəallığını, çevikliyini, hərəkətliliyini daha da artırmalıdır. Köhnə təfəkkürlü insanlarla, köhnə metodlarla çox da uzağa getmək olmaz. Artıq yeni nəfəs, yeni ruh, yeni ruhlu, fəal insanlar partiyanın rəhbər strukturlarında təmsil olunmalıdırlar. Bu zaman YAP daha da güclənmiş, möhkəmlənmiş olar. Təbii ki, YAP ölkənin bir saylı partiyasıdır və heç bir partiya da onunla müqayisə belə oluna bilməz. Amma bununla belə, yenilənmək, dəyişmək, daha da güclənmək lazımdır və şərtdir”-deyə, o, sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, qurultaya bir çox YAP-çı deputat dəvət olunmayıb.

Bu, həmin şəxslərin partiyanın rəhbər orqanlarında-İdarə Heyəti, Siyasi Şura, Mərkəzi Aparat, Gənclər Birliyi və Qadınlar Şurasında, o cümlədən, yerli rayon və şəhər təşkilatlarının rəhbərliyində təmsil olunmaması ilə bağlıdır.

14:51

***

“Bildiyim odur ki, qurultay iştirakçıları sabah saat 9-un yarısında YAP-ın mərkəzi qərargahına çağırılıb və həmin vaxt qeydiyyat başlanılacaq”.

Bunu isə adının çəkilməsini istəməyən daha bir tanınmış YAP-çı (o, həm də Siyasi Şurada təmsil olunur) saytımıza açıqlamasında bildirib.

Qeyd edib ki, qurultayın bir qədər fərqli formada keçirilməsi nəzərdə tutulur, hətta Siyasi Şura üzvlərindən bəziləri də qurultayda iştirak etməyə bilər.

“Qurultaya daha çox rayon və şəhər təşkilatlarının sədrləri və digər YAP rəsmiləri dəvət olunublar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 314 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

“İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini – sülh, tolerantlıq və ədaləti təşviq etməliyik… İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir