YAP-la ETSN anlaşdı- “TƏBİƏTİN QORUNMASI HAMININ BORCUDUR” – ƏLİ ƏHMƏDOV – YENİLƏNİB

Yeni Azərbaycan Partiyası (YAP) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə fəaliyyət planının təqdimat mərasimi keçirilib. 

Etikxeber.az-ın məlumatına görə, tədbirdə YAP sədrinin müavini Əli Əhmədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YAP və nazirlik nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov deyib ki, dünyanı düşündürən məsələlərdən biri də ekologiya ilə bağlıdır:

“Bu proseslərdən Azərbaycan da kənarda qalmayıb. Hesab edirəm ki, hər bir cəmiyyət öz gələcəyini düşünür. Ekologiyanın dəyişməsi ilə əlaqədar bəşəriyyət çox ciddi narahatçılıq keçirir. Biz cəmiyyətimizi narahat edən bütün məsələlərin həlli istiqamətində lazımi addımlar atırıq. Keçən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 700 min ağacəkmə kampaniyasında iştirak etdik. Hesab etdik ki, bu tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sistemli şəkildə həyata keçirək. Bizim birgə keçirdiyimiz tədbirlərlə cəmiyyətə mesaj veririk ki, təmiz havanın qorunması, təbiətin qorunması hər bir vətəndaşın borcudur”.

 Muxtar Babayev isə bildirib ki, YAP nazirliyin layihələrini dəstəkləyir: “İki illik tədbirlər planı hazırlamışıq. Bu gün dünyada çoxlu ölkələr su qıtlığından əziyyət çəkir. Azərbaycanda bununla bağlı heç bir problem yoxdur. Biz su mənbələrini qorumalıyıq, çirkləndirməməliyik”.
muxtar-1

Sonra  YAP sədrinin müavini Əli Əhmədov və Muxtar Babayev sənədə imza atıb.

***

Daha sonra jurnalistlərin sualları cavablandırılıb

“Azərbaycanda ağacların qanunsuz kəsilməsinə münasibətim kifayət qədər kəskindir”-deyən Əli Əhmədov bildirib ki,  ölkə rezidenti  dəfələrlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib: “Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur”. 

Baş nazirin müavininin fikrincə, müvafiq qurumlar üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin: “Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, müəssisələr işə salındıqca buna yerlər lazım olur. Amma təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına baş tutmamalıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Biz çalışırıq, geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Ərdoğan, Putin və Ruhani yenidən bir araya gələcək – AVQUSTDA

Read Next

Erməni deputata Azay Quliyev və Tahir Mirkişilidən – SƏRT CAVABLAR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir