YAP-n gözlənilən növbəti qurultayında Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov-KİMİNLƏ ƏVƏZLƏNƏ BİLƏR?

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sonuncu-7-ci qurultayından təxminən 5 il yarım vaxt keçir.

Elə bu yerdə xatırladaq ki, sonuncu qurultay 2021-ci ilin mart ayının 5-də keçirilib və bu, heç də az zaman deyil.

Mediada dolaşan məlumatlara görə isə bu ilin payızında (ilkin olaraq oktyabr ayı deyilir) hakim partiyanın növbəti-8-ci qurultayının keçirilməsi gözlənilir.

Bu barədə də nə təsdiq, nə də təkzib var.

Ancaq təbii ki, yeni-növbəti qurultayın olacağı daha çox gözlənilən və ehtimal olunandır.

Yeni-növbəti qurultayda isə partiyanın rəhbər orqan və strukturlarında-Mərkəzi Aparatda, İdarə Heyətində, Veteranlar Şurasında, Gənclər Birliyində, Təftiş Komissiyasında yenilənmələrin, dəyişikliklərin olacağı, yeni şəxsləri irəli çəkiləcəyi gözlənilən və mümkündür.

YAP-ın praktikasında buna dəfələrlə rast gəlinib.

Qeyd edək ki, hazırda hakim partiyanın əsas icraedici strukturu olan Mərkəzi Aparatına YAP sədrinin müavini, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov başçılıq edir.

Yeni qurultayda onun başqa şəxslə əvəzlənəcəyi, yerinə başqa şəxsin gətiriləcəyi ilə bağlı söz-söbətlər xeyli vaxtdır dolaşmaqdadır.

Siyasətçidən daha çox bürokrat-məmur tipi ilə tanınan Tahir Budaqovun yerinə bir neçə şəxsin, o cümlədən Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyin, Milli Məclisin (MM) iki tanınmış komitə sədrinin adları çəkilir.

Və daha çox həmin komitə sədrlərinin adları üzərində durulur.

Qeyd edək ki, bunlar hələlik ilkin ehtimallar, ilkin versiyalar, ilkin məlumatlardır.

Qurultaya qədər çox şeylər dəyişə, digər-gözlənilməz isimlərin də adları ortaya gələ bilər.

Bunlar da siyasi praktikada-xüsusilə YAP-ın praktikasında-yaşanan hallardır.

Bununla yanaşı, 40 nəfərlik İdarə Heyətində də xeyli yenilənmələrin, dəyişikliklərin, sürpriz isimlərin olacağı gözlənilir və deyilir…

Eyni zamanda, partiyanın mətbu orqanları, YAP-ın əsas ruporları olan-Yeni Azərbaycan, “Səs” və İki sahil qəzetləri ilə də bağlı müəyyən addımların, xüsusilə, onların maliyyələşmə məsələləri ilə bağlı addımların atılacağı qeyd olunur və söylənilir…

Ancaq necə deyərlər, yaşayarıq, görərik!

Etikxeber.az

Read Previous

Şimşək çaxacaq, dolu düşəcək, leysan olacaq-SABAH

Read Next

Şəhid İlkin Əhədzadənin qızı Fidan Əhədzadənin ADA Universitetinə daxil olması ilə bağlı “Oazis”də-MƏCLİS TƏŞKİL EDİLİB…MƏCLİSDƏ ŞƏHİD AİLƏLƏRİ, ŞƏHİDİN DÖYÜŞ YOLDAŞLARI-QAZİLƏR, YAP-ÇILAR VƏ ŞƏHİDSEVƏR ZİYALILAR İŞTİRAK EDİBLƏR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir