YAP qanvermə aksiyası keçirdi, Siyavuş Novruzov müxalifəti – QANVERMƏYƏ SƏSLƏDİ

Yeni Azərbaycan Partiyasının (YAP) mənzil qərargahında növbəti qanvermə aksiyası keçirilib.

Etikxeber.az xəbər verir ki, aksiyada YAP İcra Katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatlarının nümayəndələri, Milli Məclisin  (MM) deputatları iştirak edib.

Ümumilikdə, 300 nəfər qan verib.

Qan verənlər arasında Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov da olub.

“Məhərrəm ayında insanlar özünə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar. Çünki bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkir, onların qana ehtiyacı var. Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiya keçirir”.

Bunu YAP-ın qərargahında qanvermə aksiyası zamanı partiyanın icra katibi Siyavuş Novruzov deyib.

O, qeyd edib ki, insanlar Aşura günündə məscidlərdə qan versinlər, amma özünüdöymə, başyarma hallarına yol verməsinlər:

S.Novruzov müxalifəti də qanvermə aksiyasında iştirak etməyə dəvət edib:

“Müxalifət nə ağac əkir, nə də qan verir… Onların addımları yalnız söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər”.

Etikxeber.az

Read Previous

Muqabe 95 yaşında öldü…

Read Next

“Dünyada sülhə, sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır” – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir