YAP qurultaya gedir…-BÖYÜK DƏYİŞİKLİKLƏRİN, YENİLƏNMƏLƏRİN OLACAĞI, “KÖHNƏLƏR”İN ÇOXU İLƏ VİDALAŞILACAĞI GÖZLƏNİLİR , BƏZİ YAP-ÇI DEPUTATLARA DƏVƏT GƏLMƏYİB, TANINMIŞ BİTƏRƏFLƏRDƏN DƏ YAP-A KEÇƏNLƏR, RƏHBƏRLİYƏ GƏTİRİLƏNLƏR OLA BİLƏR… – YENİLƏNİB – (3)

KİMLƏR GEDƏ, KİMLƏR QALA BİLƏR?

Bizdə də belə bir məlumat, informasiya -qeyri-rəsmi- var ki, partiyamızın yaxın zamanlarda növbəti qurultayı ola, keçirilə bilər. Partiyamızın müxtəlif strukturlarında da bu haqda söz-söhbətlər dolaşır. Amma partiya rəhbərliyindən, rəsmi səviyyədə qurultayla bağlı bizə heç nə daxil olmayıb, deyilməyib. Bu baxımdan, qurultay ola da bilər, olmaya da.

Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən və hakim Yeni Azərbaycan Partiyasını (YAP) parlamentdə təmsil edən millət vəkillərindən biri deyib.

Qeyd edib ki, qurultayla bağlı məlumatlar, fikirlər hələlik və daha çox ehtimallar şəklində, səviyyəsindədir.

“Yenə də qeyd edirəm ki, rəsmi səviyyədə hələlik heç nə yoxdur, bizlərə heç nə deyilməyib. Amma qurultayın olma, keçirilmə ehtimalı da az deyil. Burada da qeyri-adi heç nə yoxdur və ola da bilməz. Bu, partiyamızın, onun rəhbərliyinin, seçkili orqanlarının qərar verəcəyi bir məsələdir. Kənardan da kimsənin buna qarışmasına, müdaxilə etməsinə heç bir əsas və səbəb yoxdur. Partiyamız da hər zaman yeniliklərə, dəyişikliklərə açıq olan bir partiyadır. Siyasi palitradakı bütün yeniliklər, dəyişikliklər də məhz bizim partiyaya məxsusdur”deyə, YAP-çı deputat sözlərinə əlavə edib.

O, qurultay olacağı təqdirdə, YAP rəhbərliyində, partiyanın İdarə Heyətində, Siyasi Şurasında, İcra Katibliyi və Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin baş verəcəyini, həmin strukturlarda yeni simaların təmsil olunacağını da mümkün və gözlənilən variantlardan sayıb.

“Amma bir daha qeyd etmək istəyirəm ki, hələlik qurultayla bağlı heç bir rəsmi qərar, məlumat yoxdur. Ona görə də ancaq ehtimallar, mülahizələr şəklində danışmaq olar…Bir də qədər göləyək”-deyə, adının çəkilməsini istəməyən millət vəkili sonra qeyd edib.

Məsələ ilə bağlı daha 3 YAP-çı millət vəkili ilə əlaqə saxladıq.

Qeyd edək ki, onların hər üçü YAP Siyasi Şurasında təmsil olunur, həm də hakim partiyanın tanınmış, nüfuzlu simalarındandır

YAP-çı deputatlardan biri qurultay məsələsini tam təkzib etsə də, digər ikisi qismən təkzib edib və bildiriblər ki, nə olacaqsa, nə yaşanacaqsa, hamının da bundan xəbəri olacaq.

Onu da qeyd edək ki, qurultay olacağı və baş tutacağı təqdirdə, YAP Siyasi Şurası və İdarə Heyəti üzvlərinin yarıdan çoxunun (hər iki Əli Həsənovun, Vaqif Əliyevin, Hacıbala Abutalıbovun, Nurlana Əliyevanın, Akif Əlizadənin, Siyavuş Novruzovun, Kərim Kərimovun, Ramiz Mehdiyevin, Yusif Hümbətovun, Nizami Xudiyevin, Abel Məhərrəmovun, Arif Rəhimzadənin, Oqtay Əsədovun, İsmət Abbasovun, Fatma Abdullazadənin, Abdin Fərzəliyevin, Misir Mərdanovun, Ağabəy Əsgərovun, Novruz Məmmədovun, Dilarə Seyidzadənin, Musa Musayevin, Yaqub Mahmudovun, Yaqub Əliyevin və digərlərinin) yeni simalarla əvəzlənəcəyi ehtimal olunur və gözlənilir.

Eyni zamanda, hakim partiyanın İcra Katibliyi Mərkəzi Aparatında dəyişikliklərin, yenilənmələrin, əvəzlənmələrin olacağı istisna edilmir.

Belə ki, ötən ilin avqustunda məlum və məşhur toy qalmaqlından sonra YAP İcra katibinin iki müavinindən biri-parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov partiyadakı postundan istefa verməyə məcbur olmuş və onun yerinə heç kim təyinat almamışdı.

Bugünədək də onun vəzifəsinə, postuna heç kim təyin olunmayıb.

Odur ki, qurultay baş verəcəyi təqdirdə, YAP İcra Katibliyində də ən azı yeni simanın olacağı şübhəsizdir…

https://etikxeber.az/siyavus-novruzov-yap-in-icra-katibinin-muavini-v%c9%99zif%c9%99sind%c9%99n-istefa-verdi-mm-in-komit%c9%99-s%c9%99drliyind%c9%99n-d%c9%99-ged%c9%99c%c9%99yi-gozl%c9%99nilir/

00:07

***

YAP-ın növbədənkənar qurultaya gedəcəyi təsdiqlənib.

Yenə də adının açıqlanmasını istəməyən YAP-çı deputat saytımıza açıqlamasında bildirib ki, artıq partiyanın növbədənkənar qurultaya gedəcəyi dəqiqdir və bu, martın 5-də baş verəcək.

O, bir daha YAP rəhbərliyində, onun rəhbər strukturlarında böyük dəyişikliklərin, yenilənmələrin olacağını, “köhnələr”in çoxunun gedəcəyini dilə gətirib.

10:20

***

“Dünən axşama qədər bizə heç nə deyilməmişdi. Ancaq bu gün səhər tezdən bizə xəbır verildi ki, YAP-a gəlmək lazımdır. “COVİD-19″-la bağlı analizdən, test müayinəsindən keçmək lazımdır. Özü də hələlik partiyanın yerli şəhər və rayon təşkilatlarının sədrlərinə deyilib. Sabah hər şey daha dəqiq bilinəcək”.

Bunu isə başqa bir-adının açıqlanmasını istəməyən YAP-çı deputat saytımıza açıqlamasında bildirib.

“Ola bilər ki, qurultay olmasın, İdarə Heyəti və Siyasi Şuranın genişləndirilmiş toplantısı keçirilsin, təcrübədə bu da var, qurultay kimi bu formatdan da istifadə oluna bilər…”-deyə, o, əlavə edib.

10:40

***

YAP-ın qurultayının hansı məkanda, harada keçiriləcəyi və eyni zamanda, qurultayın hansı formatda baş tutacağı hələlik dəqiq bəlli deyil, daha doğru, sirr saxlanılır.

Həmçinin, bəzi YAP-çı deputatlara qurultayda iştirakla bağlı hələlikl heç nə bildirilməyib, dəvət gəlməyib.

Söhbət hansı ki, YAP Siyasi Şurasında və İdarə Heyətində təmsil olunmayan, rayon və şəhər təşkilatlarının sədrləri olmayanlardan gedir.

12:10

***

Qurultay zamanı bəzi iqtidaryönlü tanınmış millət vəkillərinin və nüfuzlu şəxslərin də YAP-da, onun rəhbər orqanlarında təmsilçiliyi, iştirakı baş verə bilər.

Mənbəmiz bunu da istisna etmir, mümkün variantlardan sayır.

O, partiyanın 1999-cu ildə keçirilən qurultayında belə bir halın, məqamın yaşandığını, keçmiş ADİP-çilərin (ADİP-1-in üzvü olanlardan söhbət gedir) YAP-a keçdiyini, onların təmsilçisi olaraq, Mübariz Qurbanlının partiya rəhbərliyinə gətirildiyini də xatırladıb.

“Ona görə bu qurultayda da oxşa məqamlar yaşana bilər“-deyə, mənbəmiz əlavə edib.

Etikxeber.az

Read Previous

Hacıqabuldakı futbol meydançası ilə bağlı problem aradan qaldılır…- “AZƏRİŞIQ”-DAN DƏRHAL REAKSİYA GƏLDİ – YENİLƏNİB

Read Next

Güclü külək olacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir